Bu ilin payızında Ağdam şəhərinə ilk köç olacaq
Bunu jurnalistlərə açıqlamasında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında üsusi nümayəndəsi Emin Hüseynov bildirib

Bu ilin payız aylarında Ağdam şəhərinə ilk köç başlayacaq.
Bunu jurnalistlərə açıqlamasında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında üsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Şəhərdə bərpa işləri sürətlə davam edir, çox ciddi infrastruktur layihələri həyata keçirilir. Növbəti aylarda artıq ilk köç başlayacaq. Gələn ilin sonuna qədər artıq Ağdam şəhərinin mərkəzi - tarixi mədəni hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək", - deyə o qeyd edib.