XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb

Xanyurdu kəndinə bu mərhələdə 15 ailə (46 nəfər) köçürülüb

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.

    Xanyurdu kəndinə bu mərhələdə 15 ailə (46 nəfər) köçürülüb.

    Sakinlərə evlərinin açarları təqdim edilib.

    ***

    10:50

    Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə yola salınıb.

    Böyük Qayıdış proqramına uyğun olaraq, Xanyurdu kəndinə bu mərhələdə 15 ailə (46 nəfər) köçürülür.

    Köçürülən ailələr bu günə kimi Goranboy, Sumqayıt, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 566 nəfər (159 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 892 nəfər (195 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 230 nəfər (67 ailə)
    Təzəbinə (Xocalı) - 125 nəfər (28 ailə)
    Xıdırlı (Ağdam) - 1318 nəfər (350 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 83 nəfər (22 ailə)

    Cəmi: 17 943 nəfər

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.