Xankəndidə Xocalı qatili, separatçı Qulyanın abidəsi söküldü
Qarabağ iqtisadi zonası tədricən separatçıların zir-zibillərindən təmizlənir FOTO
Xankəndi şəhərində Qarabağ cəlladlarından biri, Bekor (erm. - qəlpə) ləqəbli Aşot Qulyanın abidəsi sökülüb.
Qeyd edək ki, 1992-ci ildə Xocalı, Şuşa, Ağdərə, Hadrut və bir sıra digər istiqamətlərdə günahsız insanların qanını tökən terrorçunun abidəsi Xankəndi Universitetinin qarşısındakı parkda yerləşirdi.
Quldur 1992-ci ilin avqustunda Ağdərənin Heyvalı (Drmbon) kəndi yaxınlığında məhv edilib.