Xankəndidən olan bir qrup erməni Laçın yolunda etiraza çıxıb
Məlumatı erməni mətbuatı yayıb
Dekabrın 23-də axşamüstü Xankəndidən olan bir qrup erməni ictimai fəal azərbaycanlıların Laçın yolunda keçirdiyi aksiya yerinə getməyə çalışıb. Qarabağdakı separatçıların “polis qüvvələri” təhlükəsizlik məsələlərini nəzərə alaraq, erməniləri irəliyə getməyə qoymayıblar. Aksiya yerinə getməyə çalışan ermənilərə QHT sektorunun nümayəndəsi Tiqran Petrosyanın rəhbərlik etdiyi bildirilir. Onlar separatçılardan xahiş ediblər ki, heç olmasa Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinə çatmağa imkan versinlər ki, orada öz narazılıqlarını bildirsinlər.
Hazırda mülki ermənilərin qarşısının kəsildiyi qeyd olunur.