XƏBƏRLƏR / Qayıdış

Xankəndiyə yeni rəis təyin edildi

Zaur Nəsirov Xankəndidə anadan olub

Xankəndiyə yeni rəis təyin edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis polkovniki Zaur Nəsirov Xankəndi Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

    Bununla bağlı daxili işlər naziri general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Qeyd edək ki, bundan əvvəl Zaur Nəsirov Göygöl Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

    1980-ci il təvəllüdlü Z.Nəsirov Xankəndidə anadan olub. O, əvvələr Bakı şəhər Xətai rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini də olub.