XƏBƏRLƏR / Parlament

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilir

Milli Məclisin sabahkı gündəliyi dəyişib YENİLƏNİB

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:43

    Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.

    Təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.

    Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

    O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

    Xatırladaq ki, Milli Məclisin aprelin 11-ə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edlməsi ilə bağlı məsələ daxil edilib.

    ***

    10:43

    Milli Məclisin gündəliyi dəyişib.

    Gündəlikdə olan məsələlərin sayı 21-dən 22-yə çatdırılıb.

    Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə daxil edilib.

    Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

    Xatırladaq ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.