XƏBƏRLƏR / Parlament

Sahibə Qafarova Daşkənddə Knessetin sədri ilə görüşüb FOTO

Milli Məclisin sədri Əmir Ohanla iqtisadi, ticarət və enerji sahələrində uğurlu inkişafı müzakirə edib

Sahibə Qafarova Daşkənddə Knessetin sədri ilə görüşüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Məclisin sədri Sahibə Qafarova Daşkənddə Knessetin (İsrail parlamenti) sədri Əmir Ohana ilə görüşüb.

    İkitərəfli münasibətlərin, xüsusilə iqtisadi, ticarət və enerji sahələrində uğurlu inkişafı müzakirə edilib.

    Sahibə Qafarova görüşdə ölkəmizdə mövcud olan və möhkəm əsaslara malik tolerantlıq və multikulturalizm ənənələri haqqında məlumat verib. Həmçinin, İsraildəki Azərbaycan diasporunun, İsraildə yaşayan yəhudi əsilli soydaşlarımızın da ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verdikləri diqqətə çatdırılıb.

    İsrail Knessetinin sədri sülh, birgə yaşayış dəyərlərini qoruyub inkişaf etdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, İsrail ilə Azərbaycan arasında mövcud əlaqələrdən məmnunluğunu bildirib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.