XƏBƏRLƏR / Qayıdış

Köç karvanları Xanyurdu və Şuşakəndə çatıb

Bu mərhələdə Xocalının kəndlərinə 89 nəfər qayıdıb

Köç karvanları Xanyurdu və Şuşakəndə çatıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 13:18

    Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

    Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

    ***

    13:12


    Xocalı rayonuna yola salınan növbəti köş karvanı Şuşakənd kəndinə çatıb.

    Bu mərhələdə Şuşakənd kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Qeyd edək ki, bu mərhələdə kəndə 19 ailə (55 nəfər) köçürülüb.

    ***

    Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb.

    Bu mərhələdə Xanyurdu kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Qeyd edək ki, bu mərhələdə kəndə 12 ailə (34 nəfər) köçürülüb.

    ***

    12:05

    Xocalı rayonunun Xanyurdu və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb.

    Bu mərhələdə Şuşakənd kəndinə 19 ailə (55 nəfər), Xanyurdu kəndinə isə 12 ailə (34 nəfər) qayıdır.

    Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 981 nəfər (216 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 996 nəfər (223 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 333 nəfər (97 ailə)
    Təzəbinə (Xocalı) - 495 nəfər (112 ailə)
    Xıdırlı (Ağdam) - 1 808 nəfər (465 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 383 nəfər (99 ailə)
    Şuşakənd (Xocalı) - 170 nəfər (61 ailə)
    Qırmızı bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
    Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
    Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
    Badara (Xocalı) - 136 nəfər (37 ailə)
    Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
    Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
    Kəlbəcər - 338 nəfər (81 ailə)

    Cəmi: 20 774 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.