XƏBƏRLƏR / Məhkəmə

Xaricdəki blogerlər dindirilmək üçün məhkəməyə çağırılıb

Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğun vəsatətlərinə baxılıb

Xaricdəki blogerlər dindirilmək üçün məhkəməyə çağırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən qiyabi proses başlanaraq, İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev və Qurban Məmmədov dindirilmək üçün məhkəməyə çağırılıb.

    Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğun vəsatətlərinə baxılıb. Məhkəmə vəsatətləri təmin edib, adıçəkilən şəxslər barəsində həbs-qətimkan tədbirinin tətbiqi barədə qərar qəbul edilib.

    Yaxın vaxtlarda Baş Prokurorluğun da qiyabi icraat başlatdığı digər təqsirləndirilən şəxslər barəsində də həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərin məhkəməyə göndəriləcəyi gözlənilir.