XƏBƏRLƏR / Parlament

Xarici ölkələrin parlament sədrləri Azərbaycanda toplaşır

YENİLƏNİR

Xarici ölkələrin parlament sədrləri Azərbaycanda toplaşır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:05

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində sədr Saqr Qobaş ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaq.

    ***

    10:05


    Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

    ***

    10:01

    Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycana səfərə gəlib.

    Səfərin məqsədi Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirakdır.

    Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya Parlamenti Senatının sədrini Milli Məclis sədrinin müavini Rafael Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.