BLOQ

Xəyanətkar qadınlar niyə çox sevilir?

İnsan daim onun olmayana can atır

Xəyanətkar qadınlar niyə çox sevilir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ömrün bir hissəsinə qədər düşünürsən ki, görəsən, xəyanətkar qadınlar niyə çox sevilir? Sənə dəyər verən, sənin üçün hər şeyindən keçməyə hazır olan qadına laqeyd olursan. Amma səni atıb gedəni gecə-gündüz unuda bilmirsən. Bunlar insan ömrünün səy vaxtının hissləridir.

    Düşünmədən yaşayırsan, ömrün bu çağlarında səni tamamilə hisslərin idarə edir. Ancaq ömrün elə bir vaxtı gəlir, anlayırsan ki, sən bu fikrinlə xəyanətkar qadınları çox qudurtmusan, çox sevildiyini dilə gətirməklə onlara böyük dəyər vermisən. Əslində isə kişinin içində bir hakimiyyət əzmi var. Gedən qadının üzərində öz hakimiyyətini, dominantlığını itirirsən, buna görə ona can atırsan. Laqeyd qaldığın qadının üzərində isə hakimiyyətin qalır deyə biganəsən. Bilirsən ki, qoyduğun yerdədir.

    İnsan daim onun olmayana can atır