XƏBƏRLƏR / Təbiət

Xəzər dənizində nərə balıqlarının ovuna qadağa uzadılacaq

Xəzəryanı ölkələr nərə ovu moratoriumun müddətini 2024-cü ilə qədər uzadıb

Xəzər dənizində nərə balıqlarının ovuna qadağa uzadılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran moratoriumun müddətini 2024-cü ilə qədər uzadıb.

    "Rosrybolovstvo" xəbər verir ki, bu barədə qərar bu həftə Sankt-Peterburqda keçirilən beynəlxalq balıqçılıq forumunda qəbul edilib.

    Nərə balıqlarının tutulması, əvvəlki kimi, yalnız tədqiqat məqsədləri və süni çoxalma üçün mümkün olacaq.

    Xəzər dənizi nərə balıqlarının sayı və növ müxtəlifliyinə görə dünyanın ən zəngin su hövzəsidir.

    Orada ən çox nərə balığı ovlanması XX əsrin əvvəllərində - 39,4 min ton, 1970-ci illərin sonunda isə 27,4 min ton olmuşdur. Nərə balıqlarının sayında kəskin azalma 1991-ci ildən başlayıb.