Xilasedicilərimiz 120 saat sonra qadını sağ çıxardılar
Bu barədə FHN məlumat yayıb
FHN-in xilasedicilərinin fədakarlığı və peşəkarlığı sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində çox mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 120 saat qalmış 50 yaşlı Fatma adlı qadın sağ çıxarılıb.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.