XİN bayraqlara qarşı vandallığı pislədi
Erməni nasistləri məşəl yürüşü çərçivəsində Türkiyə və Azərbaycanın bayraqlarını yandırıblar
Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib.
İrəvanın Azadlıq Meydanında keçirilən məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və mütəşəkkil şəkildə yandırılmasını qətiyyətlə pisləyirik.
Bunu “Twitter” səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə bildirib.
"Ermənistan hökuməti və baş nazir Nikol Paşinyan bu cür nifrət cinayətlərinin və ksenofobik addımların qarşısını almaq üçün təcili tədbirlər görməlidir", - diplomat vurğulayıb.