XƏBƏRLƏR / İctimaiyyət

Xızıda əməliyyat keçirildi

DİN xəbər verir

Xızıda əməliyyat keçirildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Səfər Səfərovdan kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həyata keçirilən digər əməliyyat tədbirləri ilə saxlanılan Kamran Abdulovdan isə qanunsuz saxladığı 1 ədəd tüfəng və 15 ədəd patron aşkar olunaraq götürülüb.

    Hər iki faktla bağlı araşdırma aparılır.