"Xoca" fevralın 26-da kinoteatrlarda nümayiş olunacaq VİDEO
Rejissor Vahid Mustafa yevin bu filmi Xocalı soyqırımının qurbanlarına ithaf olunub
Film ölkədə fəaliyyət göstərən Cinema Plus və Park Cinemaya aid kinoteatrlarda nümayiş olunacaq.
Filmin qısa hekayəsi: İki gənc – Əliəkbər və Günel ərizə verib, Bakıda nikah növbəsinə dayanırlar. Nikah və toy mərasiminin 1992-ci il fevralın 25-də keçirilməsi qərara alınandan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağa - Xocalıya qayıdır. Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornı və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri Xocalının ermənilər tərəfindən tam mühasirəyə alındığını görürlər. Əliəkbər çətin seçim qarşısında qalır - Bakıya toya getsin, yoxsa Xocalıya qayıdıb dostları ilə şəhəri və əhalini müdafiə etsin? Bu sualın cavabını onun ürəyi verir...