Qayıdış

Köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb

Bu mərhələdə Xocalı şəhərinə 5 nəfər, Ballıca kəndinə isə 29 nəfər qayıdıb YENİLƏNİB

Köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 14:16

    İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalı rayonuna çatan ailələrə mənzillərinin açarları təqdim olunub.

    Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), rayonun Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülüb. Xocalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

    Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib.

    Keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

    ***

    13:20

    Növbəti köç karvanı Xocalı şəhəri və rayonun Ballıca kəndinə çatıb.

    Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülüb.

    Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    ***

    12:07

    İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 22-də Ağdamdan Xocalıya yola salınıb.

    Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülür.

    Doğma yurda yola düşən keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 306 nəfər (90 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 830 nəfər (178 ailə)
    Cəbrayıl — 2303 nəfər (512 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 767 nəfər (184 ailə)
    Kəngərli (Ağdam) - 207 nəfər (50 ailə)  

    Cəmi: 13 972 nəfər

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.