XƏBƏRLƏR / İctimaiyyət

Xocalıda mərmər zavodunda yanğın törədən şəxs saxlanılıb

DİN xəbər verir

Xocalıda mərmər zavodunda yanğın törədən şəxs saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocalı rayon Malıbəyli kəndində avqustun 11-də sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan Qərb bürosuna bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

    Ə. Qasımov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.