14:45
Aprelin 29-da Xocalı rayonunun 6, Ağdərənin isə 1 kəndinə növbəti köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə qayıdıb.
Ümumilikdə 175 nəfərdən ibarət 41 ailəyə Xocalıda yeni mənzillərinin açarları təqdim olunub. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edərək, bölgədə aparılan genişmiqyaslı quruculuq, abadlıq və bərpa işləri barədə məlumat verib. Köçürülən sakinlər üçün bütün zəruri sosial infrastrukturun yaradıldığını, onların rahat yaşayışı üçün şəraitin təmin edildiyini bildirib.
Mərasimdən sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1066 nəfər (270 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 546 nəfər (139 ailə)
Aşağı Oratağ - 446 nəfər (96 ailə)
Çapar- 141 nəfər (39 ailə)
Heyvalı - 205 nəfər (46 ailə)
Çıldıran - 112 nəfər (28 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 631 nəfər (141 ailə)
Ballıca - 1034 nəfər (232 ailə)
Təzəbinə - 661 nəfər (149 ailə)
Xanyurdu - 470 nəfər (130 ailə)
Şuşakənd - 423 nəfər (111 ailə)
Badara - 325 nəfər (89 ailə)
Seyidbəyli - 254 nəfər (70 ailə)
Daşbulaq - 113 nəfər (27 ailə)
Xanabad - 46 nəfər (10 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1222 nəfər (300 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 1802 nəfər (495 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 827 nəfər (209 ailə)
Hadrut - 229 nəfər (56 ailə)
Qırmızı Bazar - 823 nəfər (195 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 130 nəfər (31 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 162 nəfər (36 ailə)
Kərkicahan - 140 nəfər (35 ailə)
Cəmi: 31 028 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 80 mindən çox insan yaşayır.
***
14:30
Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb, sakinlərə açarlar təqdim olunub.
Qeyd edək ki, sözügedən kəndlərə köçürülən ailələr müasir standartlar əsasında yenidən bərpa edilən öz evlərində məskunlaşıblar.
***
14:16
Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb.
Ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Bu mərhələdə Xocalının Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Təzəbinəyə 3 (15 nəfər), Xanyurdu kəndinə isə 4 ailənin (25 nəfər) qayıdışı təmin edilib.
***
12:50
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Aprelin 29-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.
Bu mərhələdə Badara kəndinə 16 ailə - 59 nəfər, Xanabad kəndinə 10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər köçürülür.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1066 nəfər (270 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 546 nəfər (139 ailə)
Aşağı Oratağ - 424 nəfər (90 ailə)
Çapar- 141 nəfər (39 ailə)
Heyvalı - 205 nəfər (46 ailə)
Çıldıran - 112 nəfər (28 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 631 nəfər (141 ailə)
Ballıca - 1034 nəfər (232 ailə)
Təzəbinə - 661 nəfər (149 ailə)
Xanyurdu - 470 nəfər (130 ailə)
Şuşakənd - 418 nəfər (110 ailə)
Badara - 325 nəfər (89 ailə)
Seyidbəyli - 251 nəfər (69 ailə)
Daşbulaq - 113 nəfər (27 ailə)
Xanabad - 46 nəfər (10 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1222 nəfər (300 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 1802 nəfər (495 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 827 nəfər (209 ailə)
Hadrut - 229 nəfər (56 ailə)
Qırmızı Bazar - 823 nəfər (195 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 130 nəfər (31 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 162 nəfər (36 ailə)
Kərkicahan - 140 nəfər (35 ailə)
Cəmi: 30 998 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 80 mindən çox insan yaşayır.
8 dəqiqə