XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Şuşakəndə çatıb

YENİLƏNİB

Növbəti köç karvanı Şuşakəndə çatıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:59

    Noyabrın 20-də Xocalı rayonunun Şuşakənd kəndinə növbəti dəfə köç təşkil olunub.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu mərhələdə Şuşakəndə 54 nəfərdən ibarət 15 ailə qayıdıb.

    Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıdış münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proqramı çərçivəsində Şuşakənd və digər yaşayış məntəqələrində bütün əsas infrastruktur, yol, su, elektrik, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub.

    Qeyd olunub ki, bu mərhələ ilə birlikdə Şuşakəndə ümumilikdə 284 nəfər -yəni 76 ailə qayıdıb.

    ***

    14:05

    Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb.

    Bu mərhələdə kəndə 15 ailə (54 nəfər) köçürülüb.

    ***


    12:51

    Noyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Şuşakənd kəndinə yola salınıb.
    Şuşakənd kəndinə bu mərhələdə 15 ailə köçürülür, 54 nəfər keçmiş məcburi köçkünün yurd həsrəti sona çatır. Köçürülmə prosesi Böyük

    Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 981 nəfər (216 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 996 nəfər (223 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 333 nəfər (97 ailə)
    Təzəbinə (Xocalı) - 495 nəfər (112 ailə)
    Xıdırlı (Ağdam) - 1938 nəfər (495 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 383 nəfər (99 ailə)
    Şuşakənd (Xocalı) - 224 nəfər (76 ailə)
    Qırmızı bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
    Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
    Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
    Badara (Xocalı) - 136 nəfər (37 ailə)
    Seyidbəyli (Xocalı) - 127 nəfər (38 ailə)
    Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
    Kəlbəcər - 338 nəfər (81 ailə)
    Horovlu (Cəbrayıl) - 213 nəfər (47 ailə)

    Cəmi: 21 207 nəfər