İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir.
Bu çərçivədə Xocalının Xanyurdu kəndinə növbəti köç prosesi başlayıb.
Bu gün Xocalı rayonunun Xanyurdu kəndinə daha 18 ailə - 69 nəfər köçürülüb.
Sakinlərə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Qeyd edilib ki, Xanyurdu kəndində sakinlər üçün müasir standartlara uyğun fərdi evlər inşa olunub, elektrik, qaz, su təchizatı, rabitə və internet infrastrukturu tam şəkildə təmin edilib.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) - 681 nəfər (188 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) - 892 nəfər (195 ailə)
Cəbrayıl — 2866 nəfər (659 ailə)
Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
Xanyurdu (Xocalı) - 299 nəfər (85 ailə)
Təzəbinə (Xocalı) - 125 nəfər (28 ailə)
Xıdırlı (Ağdam) - 1318 nəfər (350 ailə)
Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
Vəngli (Ağdərə) - 188 nəfər (51 ailə)
Şuşakənd (Xocalı) - 59 nəfər (15 ailə)
Qırmızı bazar (Xocavənd) - 39 nəfər (10 ailə)
Sos (Xocavənd) - 45 nəfər (10 ailə)
Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
Badara (Xocalı) - 55 nəfər (14 ailə)
Seyidbəyli (Xocalı) - 30 nəfər (9 ailə)
Daşbulaq (Xocalı) - 67 nəfər (13 ailə)
Kəlbəcər - 338 nəfər (81 ailə)
Cəmi: 18 907 nəfər
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.