XƏBƏRLƏR / Qayıdış

Qırmızı Bazarda daha 16 ailəyə mənzillərinin açarı verilib

YENİLƏNİB

Qırmızı Bazarda daha 16 ailəyə mənzillərinin açarı verilib
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 16:45

    Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

    Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 63 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.

    Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    ***

    15:10


    Doğma yurduna aprelin 28-də yola salınan köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb.

    Bu mərhələdə Xanoba kəndinə köçürülən 60 nəfərdən ibarət 13 ailəyə mənzillərin açarları təqdim edilib.

    Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    ***

    14:45

    Bu gün növbəti köç karvanı ilə Xocavəndə çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Onlara tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

    Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

    Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar vurğulayıblar ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

    Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 39 ailə - 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə - 63 nəfər, Xanoba kəndinə isə 13 ailə - 60 nəfər köçürülüb.

    ***

    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

    Bu gün Xocavənd şəhəri 39 ailə olmaqla 176 nəfərə, Qırmızı Bazar qəsəbəsi 16 ailə olmaqla 63 nəfərə, Xanoba kəndi isə 13 ailə olmaqla 60 nəfərə qucaq açıb. Köçürülən sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

    ***

    07:04

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Xocavənd şəhərinə 39 ailə - 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə - 63 nəfər, Xanoba kəndinə isə 13 ailə - 60 nəfər köçürülüb.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 856 nəfər (168 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 1066 nəfər (270 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 546 nəfər (139 ailə)
    Aşağı Oratağ - 424 nəfər (90 ailə)
    Çapar- 141 nəfər (39 ailə)
    Heyvalı - 205 nəfər (46 ailə)
    Çıldıran - 112 nəfər (28 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)

    Xocalı rayonu
    Xocalı - 631 nəfər (141 ailə)
    Ballıca - 1034 nəfər (232 ailə)
    Təzəbinə - 646 nəfər (146 ailə)
    Xanyurdu - 445 nəfər (126 ailə)
    Şuşakənd - 418 nəfər (110 ailə)
    Badara - 266 nəfər (73 ailə)
    Seyidbəyli - 251 nəfər (69 ailə)
    Daşbulaq - 113 nəfər (27 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 1222 nəfər (300 ailə)

    Ağdam rayonu
    Ağdam şəhəri - 1802 nəfər (495 ailə)
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1129 nəfər (269 ailə)
    Xıdırlı - 2471 nəfər (623 ailə)

    Xocavənd rayonu
    Xocavənd - 827 nəfər (209 ailə)
    Hadrut - 229 nəfər (56 ailə)
    Qırmızı Bazar - 823 nəfər (195 ailə)
    Sos - 360 nəfər (85 ailə)
    Xanoba - 174 nəfər (38 ailə)
    Xocavənd - 130 nəfər (31 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 680 nəfər (162 ailə)

    Xankəndi
    Xankəndi şəhəri - 162 nəfər (36 ailə)
    Kərkicahan - 140 nəfər (35 ailə)


    Cəmi: 30 853 nəfər

    Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 80 mindən çox insan yaşayır.