14:30
Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxanalarda, sanatoriyalarda, düşərgələrdə, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
13:17
Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

Ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
***
12:45
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər yola salınıb.

Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1127 nəfər (289 ailə)
Kolatağ - 139 nəfər (36 ailə)
Vəngli - 595 nəfər (149 ailə)
Aşağı Oratağ - 496 nəfər (110 ailə)
Çapar - 141 nəfər (39 ailə)
Heyvalı - 205 nəfər (46 ailə)
Çıldıran - 165 nəfər (41 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Böyük Qaladərəsi - 78 nəfər (17 ailə)
Kiçik Qaladərəsi - 15 nəfər (51 nəfər)
Xocalı rayonu
Xocalı - 631 nəfər (141 ailə)
Ballıca - 1063 nəfər (238 ailə)
Təzəbinə - 760 nəfər (168 ailə)
Xanyurdu - 488 nəfər (134 ailə)
Şuşakənd - 423 nəfər (111 ailə)
Badara - 387 nəfər (125 ailə)
Seyidbəyli - 259 nəfər (71 ailə)
Daşbulaq - 133 nəfər (33 ailə)
Xanabad - 115 nəfər (31 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1222 nəfər (300 ailə)
Şükürbəyli - 1756 nəfər (400 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 2375 nəfər (646 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1649 nəfər (388 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 1217 nəfər (499 ailə)
Hadrut - 261 nəfər (64 ailə)
Qırmızı Bazar - 898 nəfər (211 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 202 nəfər (74 ailə)
Quzeyxırman - 87 nəfər (21 ailə)
Güneyxırman - 72 nəfər (18 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 230 nəfər (54 ailə)
Kərkicahan - 174 nəfər (43 ailə)
Cəmi: 35 905 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 90 minə yaxın insan yaşayır.
5 dəqiqə