XƏBƏRLƏR / Nəqliyyat

Yanğına görə İzmir aeroportu fəaliyyətini dayandırdı

Meşə yanğınlarının səbəb olduğu qatı tüstüyə görə təyyarələr Adnan Menderes hava limanına eniş edə bilmir

Yanğına görə İzmir aeroportu fəaliyyətini dayandırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Artıq 10 günə yaxındır ki, Türkiyənin İzmir bölgəsində meşə yanğınları baş verir.

    İzmirdə davam edən meşə yanğınlarının səbəb olduğu qatı tüstüyə görə təyyarələr Adnan Menderes hava limanına eniş edə bilmir.

    Mövcud məhdudiyyət hava limanından qalxan təyyarələrə də aiddir. Müxtəlif şəhərlərdən gələn təyyarələrin Milas-Bodrum hava limanına yönləndirildiyi bildirilir.