XƏBƏRLƏR / İctimaiyyət

Yasamalda yanğında həlak olan K.Vəlibəylinin qızının durumu

Yeni Klinikanın Mətbuat xidməti xəbər verir

Yasamalda yanğında həlak olan K.Vəlibəylinin qızının durumu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın reanimasiya şöbəsindən palataya köçürülüb.

    Bu barədə Yeni Klinikanın Mətbuat xidmətindən məlumat verilib.

    “2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Terapiya şöbəsində müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir. Xəstənin pulmonoloji və qastroenteroloji müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, - məlumatda qeyd olunub.

    Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

    Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.