Yasamalda yanğında ölən Könül Vəlibəylinin qızının vəziyyəti
Yeni klinikanın Mətbuat xidməti xəbər verir
Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.
Bu barədə Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib.
"Pasiyentin vəziyyəti stabil-ağır olaraq qalır. Xəstənin müalicə tədbirləri planlı şəkildə davam etdirilir", - məlumatda bildirilib.
Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.
Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
1 dəqiqədən az