XƏBƏRLƏR / Sağlamlıq

Azərbaycan İrandan 12 ton pestisid idxalına icazə vermədi

Qadağanı Qida Təhlükəsizliyi Agentliyi elan edib

Azərbaycan İrandan 12 ton pestisid idxalına icazə vermədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi İrandan idxal edilən 12.028 kq pestisid yükünün ölkəyə girişinə icazə verməyib.

    Səfayil Qənbərov adlı şəxs tərəfindən İrandan idxal edilən Emulsiya Olunan Yağ Aria markalı pestisidlərin laboratoriya analizi nəticəsində aktiv maddənin (mineral yağ) miqdarının standartdan aşağı olduğu aşkar edilib.

    Agentlikdən verilən məlumata görə, uyğunsuzluq səbəbindən məhsulların geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Məhsullar mənşə ölkələrinə qaytarılıb.