Yaxın 2 gündə hava dəyişkən buludlu olacaq
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib
Sentyabrın 4-ü və 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 28-30 dərəcə isti olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bölgələrdə də əksər rayonlarda yağmursuz hava şəraiti proqnozlaşdırılır: “Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu aran rayonlarında 28-33, dağlıq ərazilərdə 19-24 dərəcə isti olacaq”.
1 dəqiqədən az