XƏBƏRLƏR / Məhkəmə

Yekaterinburqda daha bir azərbaycanlı həbs edilib

Şahin Lalayevin həbs müddəti iyulun 19-dək uzadılıb

Yekaterinburqda daha bir azərbaycanlı həbs edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsi Şahin Lalayevin barəsində həbs qətimkan tədbiri seçib.

    Onun həbs müddəti iyulun 19-dək uzadılıb. Vəkilin sözlərinə görə, Şahin Lalayev ittiham üzrə özünü təqsirsiz bilir. Müdafiə tərəfi daha yüngül qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb, amma məhkəmə onu təmin etməyib.