XƏBƏRLƏR / Elm və Texnologiya

Yeni nəsil İPhone SE modelinin təqdimatı aprel ayında olacaq

“Apple” korporasiyası eyni zamanda yeni “iPad 11” tabletinin iPadOS18.3 əməliyyat sistemini təqdim edə bilər

Yeni nəsil İPhone SE modelinin təqdimatı aprel ayında olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Apple” korporasiyası bu ilin aprelində yeni nəsil “iPhone SE” büdcə modelini ictimaiyyətə təqdim etməyə hazırlaşır.

    Bunu tanınmış insayder Mark Qurman “X” sosial şəbəkə hesabında yazıb.

    Məlumata görə, büdcə üçün əlverişli olan yeni “iPhone SE” iOS 18.3 əməliyyat sistemi əsasında hazırlanır. Əməliyyat sisteminə yenilənmənin bu ilin aprel ayında gələcəyi və məhz həmin əsnada “Apple” şirkətinin yeni smartfonu təqdim edəcəyi gözlənilir.

    Mütəxəssis eyni zamanda yeni “iPad 11” tabletinin iPadOS18.3 əməliyyat sisteminin buraxılışı ilə birgə ictimaiyyətə təqdim olunacağını iddia edir.