İlk türk astronavtı Alper Gezeravcı kosmosdan qayıdır
"Dragon"un hava şəraitindən asılı olaraq sabah günortadan sonra Florida sahillərinə enməsi planlaşdırılır
Alper Gezeravcı və üç astronavtı dünyaya gətirən "Dragon" kapsul Beynəlxalq Kosmik Stansiyadan ayrılıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Əlverişsiz hava şəraitinin yaratdığı təxirə salınmalara görə “Axiom-3” komandasının səfəri 18 günlə rekord qırıb.
Bu səyahət "Dragon" kosmik gəmisinin bu günə qədər "ən uzun transfer müddəti" olaraq rekord vuracaq. Əslində hava şəraiti eniş üçün uyğun deyilsə, komandanın səfərini bir az da uzatması gündəmdədir.
Florida ştatının şərq sahilinə və ya Meksika körfəzi sahillərinə enişi planlaşdırılan "Dragon"un ekipajı təyyarəyə mindikdən sonra ilkin müayinədən keçəcək və oradan Hyustona aparılacaq.
Alper Gezeravcı və komandası kosmos səyahətinə başlamazdan əvvəl Hyustonda təxminən 6 ay ətraflı təlim keçib. Gezeravci okeana endikdən sonra yenidən Hyustona gedəcək və Hyustonda kosmos missiyasını tamamlayacaq. Komanda burada daha hərtərəfli sağlamlıq müayinəsindən keçəcək və bir müddət karantində qalacaq.