Hindistan yeni nəsil hava peykini orbitə çıxarıb
Bu barədə ISRO-nun X (keçmiş tviter) səhifəsində məlumat paylaşılıb
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb.
Bu barədə ISRO-nun X (keçmiş tviter) səhifəsində məlumat paylaşılıb.
“GSLV-F14/INSAT-3DS missiyası: daşıyıcı aparat peyki nəzərdə tutulan geostasionar ötürmə orbitinə uğurla çıxarıb”, - məlumatda deyilir.
2274 kiloqram çəkisi olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək. Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.