İlk türk astronavtı Beynəlxalq Kosmik Stansiyada VİDEO

TRT Haber məlumat yayıb

  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Axiom Space" hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) olan Expedition 70 tərəfindən Türkiyənin ilk astronavtı Gezeravcının da olduğu Ax-3 komandasının qəbulunu canlı yayımlayıb.

    Ax-3 komandasının əməliyyatı uğurla başa çatıb.

    Kosmik Stansiyada qarşılanma mərasimində çıxış edən Alper Gezeravcı "Əvvəlcə qonaqpərvərliyinizə görə çox təşəkkür edirəm. Onlar əslində bizi qapıda gözləyirdilər. Bizim üçün çox gözəl qarşılanma idi. Hər kəsə təşəkkür edirəm. Son 8 aydır davam edən təlim üçün bütün tərəfdaşlarımıza da təşəkkür edirəm. Təhlükəsiz səyahət üçün təşəkkür edirəm. Türkiyə olaraq ilk dəfə kosmosa çıxdıq. Elmə və tədqiqat işlərinə töhfə verməyi səbirsizliklə gözləyirik. Qazi Mustafa Kamal Atatürk və silahdaşlarına, bu vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə, bizi bura addım atmağımızı güclü iradəsi ilə təmin edən dövlətimizə və xalqımıza minnətdarlığımı bildirirəm. Gələcək göydədir!” deyib.

    Qeyd edək ki, təxminən 36 saatlıq kosmos səyahətindən sonra Ax-3 ekipajını daşıyan maşın Bakə vaxtı ilə saat 14.42-də BKS-ə yaxınlaşıb.