XƏBƏRLƏR / Elm və Texnologiya

Türkiyənin ikinci kosmik missiyası apreldə olacaq

Tuva Cihangir Atasever azərbaycanəsillidir

Türkiyənin ikinci kosmik missiyası apreldə olacaq
Tuva Cihangir Atasever
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin ikinci kosmik missiyasının aprel ayında həyata keçirilməsi planlaşdırılır.

    Bu barədə məlumatı Türkiyə Kosmik Agentliyinin (TUA) rəhbəri Yusuf Kıraç açıqlayıb. İkinci kosmik missiyaya astronavt Tuva Cihangir Atasever göndəriləcək. O, kosmosda təxminən 7 təcrübə həyata keçirəcək.

    İlk missiya barədə danışan Kıraç qeyd edib ki, dünən Yerə qayıdan astronavt Alper Gezeravcı hazırda reabilitasiya prosesi keçir. O, kosmosda olduğu müddətdə 13 elmi təcrübə aparıb və təcrübələrin nəticələri dəyərləndirilməyə davam edir.