XƏBƏRLƏR / Kriminal

Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürülüb

DIN xəbər verir

Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yevlax şəhər ərazisində rayon sakini 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü rayon sakini Zamin Cavadov saxlanılıb.

    İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

    Araşdırma aparılır.