XƏBƏRLƏR / Hava

Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb

Faktiki hava

Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dekabrın 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, ölkə ərazisinin bəzi rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.

    Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 (aylıq normanın 64%-i), Lerikdə 2, Qusarda 1 mm-dir.

    Şərur, Sədərək, Şəmkir, Qobustan, Sabirabad, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.