BLOQ

Yorğan davası və ya Fransa neokolonializminin yeni fəsli

Beynəlxalq Siyasət və Təhlükəsizlik mütəxəssisi Talya İşcanın "El Universal" dərgisində çıxan məqaləsi

Yorğan davası və ya Fransa neokolonializminin yeni fəsli
Talya İşcan
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Təbii ehtiyatlar mübahisəsi: Fransız neokolonializminin yeni fəsli

    Beynəlxalq Siyasət və Təhlükəsizlik mütəxəssisi Talya İşcan xüsusi olaraq Meksika nəşri "El Universal"  üçün.

    Afrikada Fransanın Mali və Niger kimi ölkələrdən qovulmasına səbəb olan qalmaqallı uğursuzluqlardan sonra Fransa onun dənizaşırı ərazilərində daha bir ciddi problemlə - Yeni Kaledoniya problemi ilə üzləşir.

    Biz beynəlxalq arenada başıboşluğu ilə tanınan Makron administrasiyasının ikili standartlarının və ikiüzlülüyünün biabırçı səviyyəsinə öyrəşmişik. Lakin Kanak xalqının yurdu olan Yeni Kaledoniyada vəziyyət daha həyəcanlıdır və ən təcrübəli analitikləri belə təəccübləndirir.

    Tarixən Fransanın müstəmləkəsi olan Yeni Kaledoniya öz müstəqilliyi uğrunda mübarizə aparıb. Son onilliklərdə Kanak xalqının tam assimilyasiyasına yol verməmək və onların Yeni Kaledoniyanın siyasi həyatında lazımi şəkildə iştirakını təmin etmək üçün Fransa hökuməti ilə razılaşmalar əldə edilmişdir.
    Bununla belə, Makron administrasiyası bölgədəki fransalı miqrantların səsvermə hüquqlarına qoyulan məhdudiyyətləri aradan qaldıraraq, adalardakı fransız çoxluğunu kəskin şəkildə artırıb ölkənin siyasi gündəminə hakim olmaq üçün bu razılaşmaları pozmağa qərar verdi.

    Bu addım Fransanın ucqar bölgələrə marağının təsadüfi olmadığı Afrika ölkələrindəki əvvəlki qalmaqalları xatırladır. Bu kiçik adalar dünyadakı nikel ehtiyatlarının 30%-ni ehtiva edir ki, bu da cari texnoloji inkişaflarda getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu vəziyyəti məşhur fransız ifadəsi "deja vu" ilə təsvir etmək olar: Fransa daha bir xalqı sıxışdırır, təbii sərvətlərə yiyələnir və yerli əhaliyə zülm edir.

    Fransız siyasətçilərinin yöndəmsizliyi və Makron administrasiyasının yanlış hərəkətləri Yeni Kaledoniyada vəziyyəti tez bir zamanda gərginləşdirdi və kütləvi şəkildə etirazlar və nümayişçilərə qarşı zorakılığa gətirib çıxardı. Fransanın cavabı 1000 jandarm və polisdən ibarət kontingentin yerləşdirilməsini əhatə edirdi ki, bu da yalnız gərginliyi daha da artırdı, beş təsdiqlənmiş ölümlə nəticələndi və ərazini dərin böhrana sürüklədi. Fransanın daxili işlər nazirinin bu ərazidən minlərlə kilometr aralıda yerləşən, Qafqazda kiçik bir respublika olan Azərbaycanı açıq şəkildə bu iğtişaşları qızışdıraraq, onu Fransanın daxili işlərinə qarışmaqda ittiham etməsi təəccüb doğurur.

    Nüvə dövlətinin və BMT Təhlükəsizlik Şurasının daimi üzvünün Azərbaycan kimi kiçik dövləti öz ucqar ərazilərində sabitliyi pozmaqda günahlandırmasının məntiqsizliyini bir kənara qoysaq, biz xarici əlaqələrə emosional, “a la Makron” yanaşma nümunəsi görürük.

    Əvvəllər Ermənistanla Azərbaycan arasında münaqişədə rəsmi “vasitəçi” olan Fransa öz məkirli niyyətini göstərdi - Ermənistanı və onun revanşist dairələrini dəstəkləməklə, beynəlxalq səviyyədə tanınan ərazilərinin azad edilməsinə görə Azərbaycana açıq-aşkar hücum etdi.

    Fransa Senatı hətta hökuməti Azərbaycanın bir hissəsini müstəqil kimi tanımağa çağıran qətnamə qəbul edib. Fransanın İcra hakimiyyəti isə, o cümlədən şəxsən Makron BMT də daxil olmaqla, çoxsaylı forumlarda Azərbaycanı gözdən salmaq üçün kampaniyaya başladı. Lakin bu cəhdlər uğursuzluqla nəticələndi və rəsmi
    Parisi məyus etdi. Bundan sonra Fransa açıq şəkildə Ermənistana silahlı qüvvələrini inkişaf etdirməyə və yeniləməyə kömək etmək niyyətini bəyan etdi, Ermənistan paytaxtında Fransa səfiri Ermənistan üçün “Fransa hərbi sənayesinin ən yaxşı silahlarını” vəd etdi.

    Azərbaycanın reaksiyası aydın və adekvat oldu, bütün ittihamları qətiyyətlə rədd edib və haqlı olaraq Fransanı ikili standartlarda və müdaxilədə ittiham etdi.

    Maraqlıdır ki, bu ölkədəki güclü erməni diasporunun dəstəklədiyi bəzi fransız qanunvericiləri absurd şəkildə öz torpaqlarının azad etməsinə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıdılar.

    Burada qeyd etmək vacibdir ki, Azərbaycan Avropaya beşinci ən böyük təbii qaz tədarükçüsüdür. Rusiya qazından çox asılı olan qitənin şərqini həyati enerji ilə təmin edir. Bundan başqa, Fransanın enerji nəhəngi “Total”ın Azərbaycan hökuməti ilə enerji layihələri üzrə müqavilələri var.

    Fransa digər ölkələrə öz ərazilərini necə idarə etməyi öyrətməyə davam etsə də, həm Fransada, həm də onun, ana dilinə qadağa qoyduğu Korsika kimi ərazilərində azlıqların və yerli əhalinin sıxışdırılması ilə bağlı ciddi problemlərlə üzləşir. Yeni Kaledoniya və Fransız Polineziyası isə Dünyada az sayda qalan neokolonializm siyasətinin bariz nümunəsidilər.

    Uzun illər Makron administrasiyasınin səhvləri ucbatından öz uğursuzluqlarına görə başqalarını günahlandırmaq cəhdlərinə baxmayaraq, biz onun beynəlxalq səhnədəki uğursuzluqlarına öyrəşmişik. Bu, Fransa və İtaliya liderləri arasında görünməmiş ritorikaya səbəb oldu və İtaliyanın baş naziri Giorgia Meloni miqrasiya siyasəti ilə bağlı mübahisələr zamanı onu xəyanətdə ittiham edərək Makronun hücumlarına cavab verərkən artan gərginliyi vurğuladı. İtaliya Fransanı Avropada miqrantların paylanmasına yanaşmasına görə tənqid etdi.

    Bu həm də Fransanın təkcə regionda deyil, dünyada imicinə xələl gətirir.

    Fransa Makron administrasiyasının düşünülməmiş qərarlarına görə daha ciddi fəsadlarla üzləşməsinə daha nə qədər dözə bilər?