XƏBƏRLƏR / Siyasət

Yuliya Timoşenkonun ofisində axtarış aparılıb

O, bu barədə sosial şəbəkədə yazıb

Yuliya Timoşenkonun ofisində axtarış aparılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukraynanın müxalif "Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenkonun ofisində axtarış aparılıb.

    O, bu barədə sosial şəbəkədə yazıb.

    "Bu fövqəladə istintaq hərəkətlərinin qanunla heç bir əlaqəsi yoxdur. Başdan-ayağa qədər silahlanmış otuzdan çox insan heç bir sənəd göstərmədən faktiki olaraq binanı ələ keçirib və əməkdaşları girov götürüb", - Y.Timoşenko yazıb.

    Daha əvvəl mediada Ukrayna Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun Ali Radadakı fraksiyalardan birinin rəhbərini korrupsiyada şübhəli bildikləri barədə xəbər yayılmışdı, lakin fraksiya rəhbərinin adı çəkilməmişdi.

    İlkin olaraq fraksiya rəhbərinin əməlləri Ukrayna Cinayət Məcəlləsinin 369-cu maddəsinin 4-cü hissəsi ilə (vəzifəli şəxsə rüşvət təklif etmə, vəd etmə və ya vermə) tövsif olunur. İddia edilir ki, söhbət konkret qanun layihələrinin "lehinə" və ya "əleyhinə" səs vermələri üçün digər fraksiyaların bir sıra deputatlarına rüşvət təkliflərindən gedir.

    Y.Timoşenko 4 fevral-8 sentyabr 2005-ci il və 18 dekabr 2007 - 3 mart 2010-cu illərdə Ukraynanın Baş naziri vəzifəsində çalışıb.