XƏBƏRLƏR / Siyasət

Zaxarova İrəvanın NATO ilə yaxınlaşmasının təhlükəsi haqda

Rusiya XİN sözçüsü ermənilərə hansı regionda yerləşdiyini və tarix dərsliklərini xatırladıb

Zaxarova İrəvanın NATO ilə yaxınlaşmasının təhlükəsi haqda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə İrəvanın NATO ilə yaxınlaşmasından danışarkən deyib ki, Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nəyə gətirib çıxaracağını başa düşməlidir.


    Onun sözlərinə görə, əgər kimsə NATO-ya yaxınlaşmaq istəyirsə, “bunun nə qədər təhlükəli olduğunu və nəyə gətirib çıxaracağını” başa düşməlidir.

    Zaxarova qeyd edib ki, ilk növbədə “Ermənistana və onun milli maraqlarına nəyin faydalı olduğunu” anlamaq lazımdır.

    “Siz xəritəni açıb bu ölkənin hansı regionda yerləşdiyini, hansı qonşuların arasında olduğunu görmək və tarix dərsliklərini oxumaq lazımdır”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.