XƏBƏRLƏR / Kriminal

Zelenskinin Ofis rəhbəri Yermakıin mənzilində axtarış olub

Andriy Yermak NABU-nun Kiyevdəki mənzilində axtarış apardığını təsdiqləyib YENİLƏNİB

Zelenskinin Ofis rəhbəri Yermakıin mənzilində axtarış olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:44

    Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakın evində aparılan axtarış araşdırılan işlə əlaqədar olan şəxslərdən heç birinə rəsmi şübhələr irəli sürülmədən başa çatıb.

    Bu barədə "RBK-Ukrayna" mənbələrə istinadən məlumat yayıb.

    "Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin müstəntiqinin qərarı əsasında Andriy Yermakın evində axtarışlar keçirib. Heç bir şəxsə şübhə barədə məlumat verilməyib", - mənbələr bildirib.

    Qeyd olunur ki, istintaq davam edir.

    ***

    12:35

    Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak NABU-nun Kiyevdəki mənzilində axtarış apardığını təsdiqləyib və müstəntiqlərə tam əməkdaşlıq etdiyini bildirib.

    "Bu gün NABU və SAPO həqiqətən də mənim evimdə prosedur tədbirləri həyata keçirirlər. Müstəntiqlər heç bir maneə ilə qarşılaşmırlar.

    Onlara mənzilə tam giriş imkanı verilib və vəkillərim hadisə yerindədir, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Mən tam əməkdaşlıq edirəm", - Yermak deyib.

    ***

    11:06

    Bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılır.

    Bu barədə “Ukrainskaya pravda” bildirib.

    Axtarış "Mindiç işi" üzrə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) əməkdaşları tərəfindən aparılır.