Zəngilan şəhəri belə olacaq VİDEO

Videoçarxı Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ərsəyə gətirib

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Düz 3 il bundan əvvəl Zəngilan şəhəri öz azadlığına qovuşub. Onun azad edildiyi tarix artıq Şəhər Günü kimi qeyd edilir.

    Öz əsrarəngiz təbiəti ilə seçilən Zəngilan şəhəri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu gün tamamilə yenidən qurulur.

    İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günü kimi qeyd olunur.