XƏBƏRLƏR / Təbiət

Zəngilanda cüyür balası BMQX-nin əməkdaşına təhvil verilib

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib

Zəngilanda cüyür balası BMQX-nin əməkdaşına təhvil verilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:35

    Zəngilan rayonunun dağlıq ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhədçilər tərəfindən köməksiz vəziyyətdə aşkarlanmış cüyür balası təhlükəsiz şəraitdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (BMQX) əməkdaşına təhvil verilib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

    ***

    18:05

    İşğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin etibarlı mühafizəsi və müdafiəsi üzrə xidməti-döyüş fəaliyyətini həyata keçirən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları mayın 26-da Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar ediblər.

    DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, hərbi qulluqçularımız nadir fauna nümunəsinə həssaslıq və qayğı ilə yanaşıb, sərhədçi baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.

    Hazırda cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.

    Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin daim diqqət mərkəzində saxlanılır.

    Xidməti ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və ekosistemin mühafizəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl tədbirlər həyata keçirilir.