XƏBƏRLƏR / Hadisə

Zəngilanda qəzada ölən və yaralananlar var

Hadisə rayonun Ağalı kəndində qeydə alınıb

Zəngilanda qəzada ölən və yaralananlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zəngilanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

    Hadisə rayonun Ağalı kəndində qeydə alınıb.

    Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili ilə qoşqulu "Kamaz" markalı yük maşını toqquşub.

    Qəza zamanı minik avtomobilinin sərnişinlərindən biri hadisə yerində ölüb. Avtoqəzada 1995-ci il təvəllüdlü Vüsal İsmayılzadə, Natiq Bayramov, Emin İbrahimov və daha bir nəfər xəsarət alıb.

    Qeyd edək ki, qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən şirkətlərin birinin əməkdaşlarıdır.

    Faktla bağlı araşdırma aparılır.