Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi bərpa edilib
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün sözügedən yolda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.