Ərdoğan Əlcəzairə gedir
Görüşdə İsrail-Fələstin qarşıdurmasının müzakirə olunacağı gözlənilir
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfər edəcək.
Türkiyə mətbuatı xəbər verir ki, səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutacaq.
Görüşdə ikitərəfli məsələlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, prezidentlər bundan əvvəl 2020-ci ilin yanvarında görüşüblər.