XƏBƏRLƏR / Siyasət

İsrailin XİN-nin başçısı Türkiyəyə həmrəylik səfəri edib

Kohen Mövlud Çavuşoğlu ilə görüşüb

İsrailin XİN-nin başçısı Türkiyəyə həmrəylik səfəri edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:05

    "Bu gün Türkiyəyə göstərdiyi dəstəyə görə İsrailə təşəkkürümüzü bildiririk". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrail XİN rəhbəri Eli Kohenlə birgə mətbuat konfransında deyib. "İlk dəfədir ki, İsrail XİN başçısı Eli Kohenlə üz-üzə görüşürəm. İki dəfə telefonla danışmışıq. İsrail tərəfi sadəcə zənglə kifayətlənmədi, bizə hərtərəfli yardım etdilər. İsrail-Fələstin münaqişəsinə bundan sonra diqqət yetirmək lazımdır. Bu məqamda həll prinsipinə xələl gətirəcək addımlardan çəkinmək lazımdır. Hər iki ölkənin səfirləri əlaqələrin inkişafı üçün səy göstərirlər",- deyə türkiyəli nazir bildirib.

    ***

    İsrailin xarici işlər naziri Eli Kohen Türkiyəyə həmrəylik səfəri edib. Kohen Rəcəb Tayyib Ərdoğan və Mövlud Çavuşoğlu ilə görüşəcək, İsrailin zəlzələdən zərər çəkmiş bölgədə qurduğu səhra xəstəxanasına baş çəkəcək.