XƏBƏRLƏR / Yaddaş

1-ci Qarabağ savaşı Şəhidinin nəşi Mingəçevirdə dəfn olunub

Şahin Kərimov 1993-cü ildə Kəlbəcər rayonu, Murovdağ silsiləsində gedən döyüşlərdə itkin düşüb

1-ci Qarabağ savaşı Şəhidinin nəşi Mingəçevirdə dəfn olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən hərbçi Kərimov Şahin Heydər oğlunun nəşinin qalıqları Mingəçevir şəhərində ailəsinə təhvil verilib.

    Şəhidlə vida mərasimi keçirildikdən sonra qalıqlar Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Dəfn mərasimində ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və səhər sakinləri iştirak edib.

    Yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə şəkilən Azərbaycan bayrağı onun doğmalarına təhvil verilib.

    Qeyd edək ki, 1972-ci ildə Mingəçevir şəhərində anadan olan Kərimov Şahin Heydər oğlu 1993-cü ildə Kəlbəcər rayonu, Murovdağ silsiləsində gedən döyüşlərdə itkin düşüb.