154 fələstinli deportasiya məqsədilə Misirə gətirilib
Bu barədə HƏMAS-ın Məhbuslar Mediası Ofisi məlumat yayıb

154 fələstinli məhbus deportasiya edilmək üçün Misirə gətirilib.
Bu barədə HƏMAS-ın Məhbuslar Mediası Ofisi məlumat yayıb.
Qeyd edək ki, HƏMAS-İsrail razılaşmasından sonra HƏMAS 20 israilli girovu azad edib.
Əvəzində isə İsrail 250 fələstinli məhbusu azadlığa buraxıb.
Ümumilikdə isə 1900-dən çox fələstinli məhbusun İsrail tərəfindən sərbəst buraxılması nəzərdə tutulub.