2029-cu ilə qədər Orta Dəhlizlə 30 mln ton yük daşınmalıdır
Bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili bildirib
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvilinin sözlərinə görə, Gürcüstan Orta Dəhliz boyunca tərəfdaş ölkələrlə, xüsusən də Qazaxıstan və Azərbaycanla sıx əməkdaşlıq edir.
"Bu tərəfdaşlarla əlaqələndirilmiş şəkildə artıq bir plan hazırlanıb. Bu planın məqsədi 2029-cu ilə qədər Orta Dəhliz boyunca 30 milyon ton yükün daşınmasını təmin etməkdir. Biz tərəfdaşlarımızla daim əməkdaşlıq edirik və birgə regional tədbirlər müəyyən etmişik", - deyə Mariam Kvrivişvili "Imedi TV"yə verdiyi müsahibədə bildirib.
1 dəqiqədən az