"Üçtərəfli komissiya toplanmır, çünki konsensus yoxdur"
Bunu baş nazirin müavini Mher Qriqoryan parlamentdə keçirdiyi brifinqdə deyib
Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Regional Kommunikasiyaların Açılması üzrə Üçtərəfli Komissiyanın iclasları razılaşdırılmayan məsələlərə görə davam etmir.
Bunu baş nazirin müavini Mher Qriqoryan parlamentdə keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, Rusiya baş nazirinin müavini Overçuk bəyan etmişdi ki, təxminən il yarımdır ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində heç bir irəliləyiş yoxdur.
Ermənistan baş nazirinin müavini əmindir ki, Azərbaycan birgə sənədi ratifikasiya edəcək.
“Dövlət sərhədinin demarkasiyası komissiyalarının işini tənzimləmək prosesi sinxron şəkildə gedir, sadəcə olaraq, Azərbaycanda bu prosesin hansı mərhələdə olduğunu bilmirəm. Sənədin Azərbaycanda ratifikasiya olacağına şübhə etmirəm”, - Mher Qriqoryan parlamentdə bildirib.